Rusiyada səfərbərlikdən qaçan futbolçu Cənubi Koreyada...

Rusiyada səfərbərlikdən qaçan futbolçu Cənubi Koreyada...

Nalçik "Spartak"ının keçmiş futbolçusu Caşar Xubiyev Cənubi Koreyanın İnçon şəhərinin hava limanında saxlanılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Korea Times” məlumat yayıb.

Qeyd edək ki, keçmiş futbolçu və daha dörd rusiyalı Cənubi Koreyaya Rusiyadakı səfərbərlikdən yayınmaq üçün gəliblər. Lakin Cənubi Koreyanın Ədliyyə Nazirliyi onlara siyasi sığınacaq verməkdən imtina edib. Xubiyev və digər ruslar bu qərardan şikayət etmək üçün hava limanının tranzit zonasında yaşamağa məcbur olurlar.

“Rusiya qanunlarına görə, mən hərbi xidmətə çağırılmamalıyam. Ancaq noyabr ayında hərbçilər evimə gəldi və məni bir neçə gün ərzində hərbi xidmətə çağırışa gəlməyimi, gəlməyəcəyim təqdirdə məni fərari kimi tanınacaqlarını, bununla bağlı hansısa sənədə imza atmağa məcbur etdilər”

Qeyd edək ki, bu fikirləri Xubiyevdən yerli mətbuat sitat gətirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə