Polşa yeni piyada diviziyasının formalaşmasına başlayıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yeni piyada diviziyası ölkənin şərqində yerləşəcək.
Bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak bildirib.
Müdafiə nazirinin sözlərinə görə, Varm-Masuriya Voyevodalığında fəaliyyət göstərən 16-cı Mexanikləşdirilmiş Diviziya ilə Masovian və Lyublin Voyevodalıqlarında fəaliyyət göstərən 18-ci Mexanikləşdirilmiş Diviziya arasında 1-ci Legion Piyada Diviziyası yaradılacaq.
O, yeni diviziyanın ilk növbədə Podlaskie voyevodalığının ərazisində fəaliyyət göstərəcəyini bildirib.
Blaşakın sözlərinə görə, yaradılan bölməyə dörd briqada daxil olacaq. Onların hər birinin dörd batalyonu olacaq. Amerikanın “Abrams” və Cənubi Koreyanın “K-2” tankları da məhz burada xidmətə başlayacaqlar.
Bundan əlavə, briqadalardan biri “Krab” və “K-9” özüyeriyən haubitsalarla silahlanacaq.
Nazirin dediyinə görə, ştat siyahısına pilotsuz kəşfiyyat bölmələri də daxildir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB