Göyərtəsində sərnişinlərin olduğu təyyarə qəzaya uğrayıb

Göyərtəsində sərnişinlərin olduğu təyyarə qəzaya uğrayıb

Nenets Muxtar Dairəsində göyərtəsində sərnişinlərin olduğu “An-2” təyyarəsi çətin eniş edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qəza hadisəsi nəticəsində iki nəfər ölüb. Ümumilikdə təyyarədə 12 nəfər olub: iki ekipaj üzvü və 10 sərnişin.

Rusiya Fövqəladə hallar xidmətinin nümayəndəsinin bildirdiyinə görə, qəza buzlanma səbəbindən baş verib. Fövqəladə Hallar Nazirliyinin regional idarəsi bildirib ki, təyyarə Naryan-Mar - Karatayka - Varandey - Naryan-Mar marşrutu üzrə uçurmuş.

Bu arada, Federal Hava Nəqliyyatı Agentliyi “An-2” təyyarəsinin təzyiqsizləşdirilməsinin səbəblərinin araşdırılmasının 10 günə qədər çəkəcəyini bildirib. Nəqliyyatı Agentliyi təyyarədəki arxa yük enişinin açıldığını və nəticədə təzyiqin azaldığını bildirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə