Afrində 40 müharibə qurbanı ailələlərinə ev verilib

Afrində 40 müharibə qurbanı ailələlərinə ev verilib

Türkiyə silahlı qüvvələrinin həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə separatçı terror təşkilatı PKK/YPG üzvü terrorçulardan təmizlənən Suriyanın şimal ərazisindəki Afrində yeni inşa edilən daha 40 ev müharibə qurbanı olan ailələrə təhvil verilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Human Movie Team humanitar çəkiliş qrupundan məsul Tülay Gökçimən bildirib ki, briket ev kampaniyası bir il əvvəl qarda ayaqyalın dayanan bir uşağın fotoşəkilindən ilham alınaraq başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə