Amerikanın "Ford" konserni Rusiyanın "Sollers" avtomobil qrupu ilə "Ford Transit" yüngül kommersiya yük maşınlarının istehsalı üzrə birgə müəssisənin kapitalını tərk edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Sollers" "Ford"un Rusiya bazarından çıxmasını təsdiqləyib.
Qeyd edək ki, "Ford" oktyabrın sonunda Rusiya BM-dəki qeyri-nəzarət payını (49%) nominal dəyərə satmaq qərarını açıqlamışdı. Müqavilənin şərtləri səhmin 5 il ərzində geri alınmasını nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB