Kaliforniya ştatında kəskin hava şəraiti səbəbindən 500 mindən çox istehlakçı işıqsız qalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ən çox elektrik kəsintiləri ştatın mərkəzi hissəsində yerləşən Sakramento və San Hoakin əyalətlərindədir.
Bildirilib ki, güclü qar və şiddətli külək elektrik enerjisinin verilişində kütləvi fasilələrə səbəb olub.
Sinoptiklər güclü yağıntıların davam edəcəyini proqnozlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB