Keçmiş prezidentin tərəfdarları parlamentə basqın ediblər

Keçmiş prezidentin tərəfdarları parlamentə basqın ediblər

Ötən ilin sonundan seçkinin nəticələrinə etiraz edən Braziliyanın eks-prezidenti Jair Bolsonaronun tərəfdarları konqres binasını ələ keçiriblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yerli G1 nəşri məlumat yayıb.

Telekanal bildirir ki, dövlət çevrilişinə cəhd edən aksiyaçılar Konqresə soxulublar.

“Folha” qəzetinin məlumatına görə, prezident Lula da Silva hazırda San-Pauludadır.

Aksiya iştirakçıları Braziliyada keçirilən prezident seçkilərinin nəticələrindən narazıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə