Bosniya və Herseqovina Serb Respublikası prezidenti Milorad Dodik Rusiya prezidenti Vladimir Putini qiyabi olaraq boyunbağıda Serpska Respublikasının ordeni ilə təltif edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təqdimat RS BiH Radio və TV tərəfindən yayımlanıb.
Xatırladaq ki, yanvarın 8-də Serb Respublikasının günü qeyd edilib. Mərasimdə Bosniya və Herseqovina serblərinin lideri mükafatların təqdim olunduğunu açıqlayıb. Dodikə görə, insanın “nə qədər həqiqi dostu var” o qədər güclüdür.
“Serb Respublikası onu qiymətləndirən və hörmət edən dostlarına təşəkkür edir”, - Dodik deyib bunu.
Yeri gəlmişkən, hələ noyabrda Dodik Qərbin Rusiyanı parçalayıb onun resurslarını ələ keçirmək istədiyini bildirmişdi.
Dodik həmçinin serbləri problemlərin həlli və Balkanlarda vəziyyəti sabitləşdirmək üçün siyasi təklif təqdim etməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB