Al, bu sənə silah, amma Rusiyanın içərilərinə atma!?.

Al, bu sənə silah, amma Rusiyanın içərilərinə atma!?.

Kiyevə yeni silahların təhvil verilməsi Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazilərinə zərbələr endirməsinin qadağan edildiyi şərtə əməl olunmasını nəzərdə tutur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə amerikalı köşə yazarı Andreas Klut “Bloomberg” üçün köşə yazısında bildirib.

Onun sözlərinə görə, indi də Ukrayna Qərb silahlarından Rusiyanın dərinliklərinə zərbə endirmək üçün istifadə edə bilməz, çünki bu, genişmiqyaslı münaqişəyə gətirib çıxara bilər.

“Ukraynalılar Rusiyaya qarşı əks-hücum etmək üçün Qərb silahlarından istifadə etməməli və yəqin ki, ölkəyə zərbələr endirməkdən çəkinməlidirlər”, -bunu da Klut bildirib.

Köşə yazarı qeyd edib ki, Rusiya ərazisinin işğalı Kremlin qoyduğu “qırmızı xətti keçmək” demək olacaq.

Xatırladaq ki, yanvarın 6-da ABŞ Ukraynaya 3 milyard dollarlıq silah verib. Yeri gəlmişkən, bu yardım paketi hərbi əməliyyatların başlanmasından bəri ən böyük yardım paketidir.

Buraya piyadaların döyüş maşınları, haubitsalar və zirehli transportyorlar, eləcə də yer-hava raketləri daxildir. Bundan əlavə, Vaşinqton Kiyevə 225 milyon dollar da köçürüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə