Seneqalda matəm elan ediləcək

Seneqal prezidenti Maki Sall, respublikanın mərkəzi hissəsində iki avtobusun toqquşması nəticəsində 40 nəfərin öldüyünü bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, seneqallı başçı bu barədə öz Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, dövlət başçısı üç günlük ümummilli matəm elan etmək qərarına gəldiyini, bunun yanvarın 9-da başlayacağını bildirib.

Bundan əlavə, Sall yol təhlükəsizliyini və ictimai nəqliyyatı təmin etmək, eləcə də qətiyyətli tədbirlər görmək üçün idarələrarası şuranın iclasını elan etdiyini bildirib.

Xatırladaq ki, yanvarın 8-də Seneqalın Kafrin bölgəsində iki avtobus toqquşub. Daha əvvəl 38 nəfərin öldüyü, 100 nəfərin yaralandığı bildirilirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə