İqtisadçı, biznes-məşqçi Denis Rakşa dolların 2023-cü il üçün proqnozunu verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.
Ekspert vurğulayıb ki, məzənnə büdcə kəsirindən, eləcə də neft bazarındakı vəziyyətdən asılı olacaq.
“Ancaq hər halda, Mərkəzi Bankın onu 85-90 rubldan yuxarı buraxacağını düşünmürəm” -deyə Rakşa bildirib.
Qeyd edək ki, bundan əvvəl iri bankların analitikləri rublun əsas dünya valyutalarına nisbətdə bir qədər ucuzlaşacağını proqnozlaşdırırdılar.
Bu arada “Sovcombank”ın baş analitiki Mixail Vasilievin fikrincə, 2023-cü ildə rublun 2022-ci ildəki kimi güclü volatilliyini gözləmək lazım deyil.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB