Dünyanın ən böyük minalanmış ərazisi

Dünyanın ən böyük minalanmış ərazisi

“...Ukraynada hərbi əməliyyatlar zamanı o qədər mina qoyulub ki, artıq dünyanın ən böyük mina sahəsinin yaradılmasından danışmaq olar”.

SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın baş naziri Denis Şmıqal deyib.

Yeri gəlmişkən, bəzi xarici agentliklərin də xəbər verdiyi kimi, burada söhbət 250 min kvadratkilometr sahədən gedir ki, bu da Cənubi Koreya və Şimali Koreyanın ümumi ərazisindən çoxdur. (qeyd edək ki, iki ölkənin birgə ərazisi təxminən 221 min kv. km-dir-A.B.).

“Hazırda bu, dünyanın ən böyük mina sahəsidir. Bu, nəinki insanların hərəkətinə mane olur, həm də kənd təsərrüfatı üçün böyük problemlər yaradır və bu, bizim üçün əsas sənaye sahələrindən biridir”, - bunu Şmıqal bildirib.

Qeyd edək ki, “The Globe and Mail”in məlumatına görə, Kanada minatəmizləmə avadanlığının tədarükü üçün Ukraynaya 15 milyon Kanada dolları (11 milyon dollar) ayıracaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə