Gürcüstan SARS-in pik həddinə çatıb?

Gürcüstan SARS-in pik həddinə çatıb?

Gürcüstanda yaxın gələcəkdə virus infeksiyalarının yayılmasının pik həddə çatacağı gözlənilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Tsitsişvili adına uşaq poliklinikasının tibbi direktoru Maya Çxaidze deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 12 virus yayılır və bir çox insan xəstəliklərə görə klinikalara müraciət edirlər.

“Ən çox rast gəlinən qrip virusları A və B tipləridir. Bundan əlavə koronavirus infeksiyası halları da çoxalıb. Təxminən 9 növ respirator virus da dövriyyədədir, o cümlədən 2 yaşa qədər uşaqlar üçün xüsusilə təhlükəli olan respirator sinsitial virus müşahidə edilməkdədir”.

Qeyd edək ki, bunu “Sputnik Gürcüstan” həkimdən sitat gətirir.

Maraqlıdır ki, bunların adi mövsümi viruslar olduğunu deyən epidemioloq Maka Buleişvilinin fikrincəvirusların simptomları bir həftə ərzində yox olur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə