Kadırov Rusiya və hərbçilərini bu dəfə şeirlə tərifləyib

Kadırov Rusiya və hərbçilərini bu dəfə şeirlə tərifləyib

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bu dəfə Rusiyanı nəzmə çəkərək böyük dövlət kimi tərifləyib və onun hərbi qəhrəmanlarının fədakarlığını qeyd edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, teleqram kanalında yazıb.

Beləliklə, Kadırov yazıb: “Rusiya bütün zamanların qüdrətidir, onun adları ölməzdir, Vətən üçün onlar canlarını vermək üçün doğulublar, böyük və qüdrətli ölkənin qəhrəmanları”.

Qeyd etdiyimiz kimi, şeir Çeçenistan rəhbərinin teleqram kanalında dərc olunub.

Bundan əvvəl Ramzan Kadırov Ukraynadakı xüsusi əməliyyatı Rusiyanın gələcəyinin asılı olduğu müqəddəs missiya adlandırmışdı. Çeçenistan rəhbəri, həmçinin qəhrəmanlıqları yeni dünyanın əsasını qoyacaq rus könüllüləri ilə fəxr etdiyini bildirmişdi.

Onu Sizlərdə necı deyərlər, hə, xatırladım... dünyaya “yalançı” dünya deyənlər, yalançıların ən böyüyüdürlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə