Tehranda universitet atəşə tutulub, yaralanan var

Tehranda universitet atəşə tutulub, yaralanan var

Tehranda naməlum silahlı şəxslər Əllamə Təbatəbai adına Universitetə atəş açıblar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.

Hücum edənlər universitet işçilərindən birinə atəş açaraq hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.

Bütün xəbərlər Facebook səhifəmizdə