Rusiya Dövlət Dumasının deputatı Sultan Xamzayev “Novaya qazeta Europe”ya (Rusiyada bloklanıb-A.B.) müsahibəsində verdiyi ifadələrə görə aktyor Artur Smolyaninov barəsində cinayət işinin başlanması xahişi ilə İstintaq Komitəsinə müraciət edəcək.
SİA bu barədə rus saytlarına istinad edir.
Yayımlanan videoda sənətçi bildirib ki, əgər o, Ukraynadakı münaqişədə iştirak edibsə, deməli, yalnız Kiyevin tərəfində olub. Smolyaninov həmçinin etiraf edib ki, Rusiyadan yalnız bir bölgə qalsa belə, o, heç bir əhəmiyyət kəsb etmir, “qalan hər şey radioaktiv külə çevriləcək”.
Bununla bağlı Xamzayev bildirib ki, aktyor mart ayında Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham edilərək qiyabi həbs olunan jurnalist Aleksandr Nevzorovun (Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb -A.B.) “yolunu təkrarlamalıdır”.
“Belə aktyorların bütün dövlət sifarişləri - filmlər üçün müqavilələri dərhal ləğv etməlidirlər. Mən də öz növbəmdə bu xain barəsində cinayət işinin başlanması xahişi ilə İstintaq Komitəsinə müraciət edəcəyəm”, - deyə deputat əlavə edib.
Xatırladaq ki, Smolyaninov Rusiyanı 2022-ci ilin payızında tərk edib. Oktyabrda Moskvanın Qaqarinski Rayon Məhkəməsi Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan saldığına görə onu 30 min rubl məbləğində cərimələyib - buna səbəb onun müsahibəsində Rusiya ordusunu tənqid etməsi olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB