Amma onlar mənim üçün yeni xəstəliklər kəşf etməkdə davam edirlər
“Mən xəstə-filan deyiləm!”

Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko Müqəddəs Yelizaveta monastırının etirafçısı, protoreys Andrey Lemeşonokla söhbətində onun xəstəlikləri ilə bağlı mifləri yalanlayıb və bundan sonra da hələ çox yaşayacağına söz verib.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, belaruslu keşiş də Lukaşenkoya özünü “şirin salmaq” üçün bir neçə kaç kəlmə bildirib. O deyib ki, bir vaxtlar Zalit adasında böyük hörmətli ağsaqqal Nikolay siz prezident seçiləndə deyib ki, nə qədər ki, Lukaşenko Belarusdadır, hər şey yaxşı olacaq.

Yəni bizim dildə desək, Belarusa “zaval yoxdur”.

“Deməli, mən hələ ölə bilməmişəm? Amma onlar, yəni bu qaçaqlar (ölkədən mühacirət etmiş müxalifətçiləri deyir-A.B.) məni artıq dəfn ediblər. Mən sağlamam. Amma onlar mənim üçün yeni xəstəliklər kəşf etməkdə davam edirlər... İnsanları dəfn edəndə, sağlamlıqdan bu cür danışanda pis olur”. Belarus lideri deyib bunları.

Qeyd edək ki, bir müddət bundan əvvəl Belarus prezidenti ölkəni tərk edən vətəndaşlara “doğru addım atmağa” çağırış etmişdi. Onun fikrincə, hər kəs “özünün cavabını verməlidir”. Bununla belə, Lukaşenko əmin olduğunu bildirib ki, Belarusu tərk edən vətəndaşlar və ölkədə olanlar arasında dərin tövbə edən insanlar da var ki, onları kənara atmaq olmaz.

Lukaşenko “irəli addım”ın Qərbin istəyi ilə atılmadığını bildirib. Onun sözlərinə görə, bu Belarus cəmiyyətində gərginlik yaratmayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə