Ötən gün Tbilisidə gecə saatlarında Daxili İşlər Nazirliyinin əməkdaşı öldürülüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri gürcülərin “Rustavi 2” telekanalı yayımlayıb.
Telekanal artıq şübhəlinin saxlanıldığını da bildirib. Bu, bir neçə ay əvvəl yerli hüquq-mühafizə orqanlarından kənarlaşdırılmış nazirliyin keçmiş əməkdaşı olub.
Maraqlıdır ki, zərərçəkənin və şübhəlinin dost və keçmiş iş yoldaşları olduğu bildirılır.
Faktla bağlı iki maddə - “Qəsdən adam öldürmə” və “Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə” maddəsi ilə cinayət işi açılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB