İranın neft nazirinin müavini Huşanq Fəlahatiyan, yaxın səkkiz ildə İranda gündəlik qaz hasilatı 1,5 milyard kubmetrə çatacağını bildirib.
“Qaz hasilatını sutkada 1,5 milyard kubmetrə çatdırmaq üçün yaxın 8 ildə 80 milyard dollar sərmayə qoymaq lazımdır”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri İRNA agentliyi yayıb.
İrannın neft və qazla ən zəngin ölkələrdən biri olduğunu xatırladan Fəlahatiyan, ölkəsinin yeraltı qaz və neft yataqlarının tutumuna görə dünyada birinci yerdə olduğunu da bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB