Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov, Kiyevin Rusiya ilə münaqişəni “Koreya ssenarisi” üzrə dayandırmaq üçün təkliflər aldığını bildirib. SİA rus saytlarına istinadən bunu Ukrayna telemarafonunda yayımlandığını xəbər verir.
Beləliklə, Danilovun sözlərinə görə, guya Moskva təmsilçiləri beynəlxalq platformalarda Avropadan olan siyasətçilərlə ünsiyyətdə olanda belə təkliflər eşidilir.
Yəni belə görünür ki, ruslar güzəştlərə hazırdırlar, lakin bu gün mövcud olan status-kvonu düzəltmək üçün mesajlarıdır. Onun sözlərinə görə, Rusiya Ukrayna münaqişəsinə son qoymaq üçün bir neçə variantı nəzərdən keçirir, onların arasında prioritet yeni “38-ci paralel”dir, yəni bu hazırda Koreyanı iki dövlətə ayıran ayırıcı xəttə bənzər.
“İndi bizə Koreya versiyası təklif olunur. Sözdə şərti “38-ci paralel”.
Bunları jurnalistlərə bildirən Danilov əlavə edib ki, bu, münaqişənin sonu olmayacaq, Koreyada olduğu kimi, onun uzun illər dondurulmasına gətirib çıxaracaq.
Danilov iddia edir ki, Seulda 1953-cü ildə qəbul edilmiş qərara görə təəssüflənirlər. Onlar hesab edirlər ki, o zaman böyük səhvə yol verilib, güzəştə gediblər. Ona görə də bu gün onların problemləri qalmaqdadır.
Qeyd edək ki, Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi və Pentaqonun rəhbəri Kondoliza Rays və Robert Qeyts Rusiyanın heç vaxt yeni regionları Ukraynaya qaytarmayacağını, prezident Putinin isə səbrlə qalib gəlmək arzusunu itirməyəcəyini bildirmişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB