Finlandiya İsveçdən əvvəl NATO-ya üzv olmaqdan imtina etdi
Əvvəl İsveç,..sonra da biz...

Finlandiya İsveçdən əvvəl NATO-ya üzv olmaqdan imtina edib və ölkə alyansa qoşulmaq üçün ərizəsini təsdiq edənə qədər gözləyəcəyini deyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto bildirib.

“Finlandiya mümkün qədər tez NATO-ya üzv olmağa çalışmır, ona görə də İsveç müvafiq siqnal alana qədər gözləyə bilərik”.

Qeyd edtdiyimiz kimi, bunu Finlandiyanın XİN rəhbəri Haavisto bildirib. Onun sözlərinə görə, Stokholm və Helsinki Şimali Atlantika Alyansına qoşulma prosesini birlikdə tamamlayacaq.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətlərini necə ratifikasiya etdiyini bildirmişdi. Belə ki, o, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq fonunda “zamanın təzyiqi” altında olduqlarını da vurğulamışdı.

Ankaranın bununla bağlı elə də bir narahatlığı olmadığını deyən türkiyəli nazir, hələ çoxlu addımlar atılmalı olacağını da istisna etməmişdi.

Məlum olduğu kimi, son aylarda İsveç və Finlandiya alyansa qoşulmağa hazırlaşırlar. Təşkilatın baş katibi Yens Stoltenberq də prosesin 2023-cü ilə qədər başa çatacağına inanır. Lakin indiyədək Macarıstan və Türkiyə ölkələrin bloka qoşulması üçün müraciəti təsdiqləməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə