Türkiyədə 12 maşın toqquşdu - ölənlər var

Türkiyədə 12 maşın toqquşdu - ölənlər var

Türkiyənin Kırşehir bölgəsində dumanlı hava zəncirvari qəzaya səbəb olub. SİA xəbər verir ki, bu barədə "TRT Haber" kanalı məlumat yayıb.

Bildirilir ki, qəza zamanı 5-i yük maşını olmaqla 12 avtomobil toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Qəza yerinə gələn polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə