“Ölkə prezidenti Saakaşvilini əfv etməyəcək!”

“Ölkə prezidenti Saakaşvilini əfv etməyəcək!”

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili hesab edir ki, prezident Salome Zurabişvili məhkum edilmiş keçmiş dövlət başçısı Mixail Saakaşviliyə əfvdən imtina qərarını dəyişməyəcək.

“Mən bunu (yəni əfvi-A.B.) gözləmirəm, çünki onun dəfələrlə səsləndirdiyi mövqeyindən xəbərim var və onun bunu dəyişməsi üçün heç bir səbəb də görmürəm”.

SİA-nın əldə etdiyi məlumata görə, burada “Sputnik Gürcüstan” qanunverici orqanın sədrinin sözlərini sitat gətirib.

Papuaşvili xatırladıb ki, Saakaşvili Gürcüstan Bankının əməkdaşı Sandro Qirqvlianinin qətlində ittiham olunur və və Zurabişvili də qatillərinin əfv olunmasına görə etiraz aksiyasının iştirakçıları arasında olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə