Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü hərbi xidmətə getməsi məsələsini müzakirə edir.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, müdafiə nazirliyinin mətbuat katibi Aram Torosyan “Armenia Today”ə müsahibəsində bu xəbəri təsdiqləyib.
Amma o bununla bağlı başqa açıqlamalar verə bilməyəcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan hakimiyyəti qadınların ölkənin silahlı qüvvələrinə cəlb olunmasını genişləndirmək planlarını dəfələrlə bəyan etmişdi.
Xüsusilə, 2022-ci il yanvarın 1-də baş nazir Nikol Paşinyan yeni il müraciətində Ermənistanın peşəkar ordusuna malik olmalı, “eyni zamanda, oraya getdikcə daha çox qadın cəlb edilməlidir” deyə bildirmişdi.
Bu arada erməni Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da 2021-ci ilin avqustunda, Ermənistan hakimiyyətinin təhlükəsizlik məsələlərinə mümkün qədər qadınları cəlb etməyi planlaşdırdıqlarını bildirmişdi.
Bununla bağlı, 2022-ci ilin noyabr ayında ermənilərin müdafiə nazirliyi erməni qadın və qızların iştirakını prioritet hesab edərək pulsuz atıcılıq kursları təşkil edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB