Ermənistanda yol qəzasında 6 nəfər yanaraq ölüb

Ermənistanda yol qəzasında 6 nəfər yanaraq ölüb

Bu gün Ermənistanın Qeqarkunik rayonunda Nerkin Getaşen-Martuni yolunda avtomobilin yanması ilə bağlı siqnal daxil olub.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ermənistan News-NEWS.am-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Beləliklə verilən məlumata görə, “Opel” və “VAZ 21072” markalı avtomobillərinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi yanıb.

Hadisə nəticəsində 6 nəfərin öldüyü deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə