Zaxarova Zelenskinin qərarını satanizm adlandırıb

Zaxarova Zelenskinin qərarını satanizm adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin kanonik Ukrayna Pravoslav Kilsəsinin 13 keşişinin vətəndaşlıqdan məhrum edilməsi qərarını satanizm adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.

Xatırladaq ki, daha əvvəl Ukraynanın “Sol Bank” nəşri öz mənbələrinə istinadən yazıb ki, Zelenski Ukrayna Pravoslav Kilsəsinin 13 keşişinin vətəndaşlıqdan məhrum edilməsi haqqında fərman imzalayıb.

Miladdadır ki, Zaxarova bunusatanizmlə eyniləşdirilib.

Xatırladaq ki, son aylarda Ukrayna hakimiyyəti Ukrayna Pravoslav Kilsəsinə qarşı tədbirləri gücləndirib.

Məsələn, noyabr ayından Ukrayna Təhlükəsizlik Xidməti bütün ölkə boyu kilsə və yeparxiyalarda axtarışlar aparır və artıq bir neçə iyerarx dövlətə xəyanət, eləcə də təxribatda ittiham olunur.

Yeri gəlmişkən, Zelenski dekabrın 1-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukrayna Pravoslav Kilsəsinin işini qadağan etməyə yönəlmiş qərarını qüvvəyə mindirib. Fərmanla o, parlamentə Rusiya Federasiyasındakı təsir mərkəzlərinə bağlı dini qurumların fəaliyyətinə qadağa qoyulması haqqında qanun layihəsinin təqdim edilməsini, habelə Ukrayna Pravoslav Kilsəsi Nizamnaməsinin kilsə-kanonik kilsənin mövcudluğunun yoxlanılmasını təmin etməyi tapşırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə