Sarıqamış faciəsinin 108-ci ildönümü ilə əlaqədar Qarsda təşkil olunan anma mərasiminin keçirildiyi otelin tavanı uçub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Sarıqamış rayonunda tədbirin keçirildiyi oteldə baş vermiş hadisə nəticəsində ən azı on nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanalara çatdırılıblar.
Bildirilib ki, anma proqramlarına qatılmaq üçün Qarsda olan gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu xəsarət alanlara baş çəkib.
Ən son məlumata görə, yaralılar üçün həyati təhlükə yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB