Dnepr şəhərində Vasili Margelovun da büstünü sökdülər

Dnepr şəhərində Vasili Margelovun da büstünü sökdülər

Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk) şəhərinin hakimiyyət orqanları Sovet Hava Desant Qüvvələrinin banisi Vasili Margelovun şəhərdəki abidəsini sökmək istəyib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yanvarın 7-də şənbə günü Politika Strana Telegram kanalı xəbər verir ki, bu barədə şəhərin meri Boris Filatov bildirib.

Şəhər merinin dediyinə görə, 2000-ci ildə Margelovun quraşdırılmasına təşəbbüs göstərən Dnepr paraşütçülərinə sökülən abidəni götürmək təklif olunacaq.

Məlumdur ki, abidə sponsorların və sadə vətəndaşların vəsaiti hesabına yaradılıb. Hal-hazırda Dnepr sahilində yerləşir. Filatov abidənin dəqiq nə vaxt sökülməsinin planlaşdırıldığını açıqlamayıb.

Xatırladaq ki, bu Dneprdə ruslarla bağlı sökülən ilk abidə deyil Belə ki, yanvarın 6-da rus alimi Mixail Lomonosovun, bundan əvvəl SSRİ Qəhrəmanı Aleksandr Matrosovun, daha əvvəl isə sovet T-34 tankının fiquru sökülüb.

Bundan əlavə dekabrda yerli hakimiyyət dairələri Dnepr küçələrindən şair Aleksandr Puşkinin və yazıçı Maksim Qorkinin abidələrini də yığışdırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə