"Bu öz xalqına qarşı əsl xəyanətdir"

“Kiyev öz xalqına xəyanət edərək, NATO-nun maraqlarını Ukraynanın maraqlarından üstün tutur”
"Bu öz xalqına qarşı əsl xəyanətdir"

Ukrayna hakimiyyəti nümayəndələri NATO-nun maraqlarını öz xalqlarının maraqlarından üstün tutduqlarını etiraf ediblər ki, bu da, Ukrayna vətəndaşlarına xəyanətdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikovun son bəyanatını şərh edən Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri və Liberal Demokrat Partiyasının lideri Leonid Slutski deyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl müsahibələrinin birində Aleksey Reznikov, Ukraynanın NATO missiyasını yerinə yetirdiyini, bu səbəbdən ukraynalılara daha çox silah lazım olduğunu bildirmişdi. Onun sözlərinə görə, Qərb siyasətçiləri Ukraynanın qalxan kimi bütün sivil dünyanı əhatə etdiyinə əmindirlər.

Slutski bunu son dərəcə şübhəli nailiyyət adlandırıb və əlavə edib ki, görünür, heç kim ukraynalılardan NATO maraqları üçün “insan qalxanı” olmaq istəyib-istəmədiklərini soruşmayıb.

“Onlar razılaşırlarmı ki, kollektiv Qərb Rusiyanı son Ukraynaya qədər zəiflətməyə çalışacaq?”

Slutski soruşur bunu.

“Kiyevdə Şimali Atlantika Alyansının maraqlarını öz maraqlarından üstün tuturlar, bu, öz xalqına qarşı əsl xəyanətdir”-deyə rusiyalı siyasətçi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə