Moskva ilə Pekin arasında əməkdaşlığın artması Qərb ölkələrinin qurduğu dünya nizamını təhdid edir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirilən konfransda deyib.
Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Norveçdə keçirilən konfransda çıxışı zamanı maraqlı fikirlər səsləndirib.
Məsələn, o bildirib ki, Rusiya ilə Çini eyni anda bir neçə amil, o cümlədən yeni dünya nizamının yaranması istəyi, Qərb dəyərlərinin inkarı, azadlığa və demokratiyaya inamı pozan maraqların müdafiəsi birləşdirir.
Stoltenberqə görə, onları fərqli dünya nizamı istəmələri birləşdirir. Fakt budur ki, onlar bizim dəyərlərimizi bölüşmürlər və azadlıq, demokratiyaya olan inamımızı pozan maraqları müdafiə etməyə çalışırlar. Ona görə də bu təhlükəli dünyada alyans ölkələri bir yerdə olmalıdır.
Rusiya və Çinin birləşməsinin güclənməsinin əsas sübutu, alyans rəsmisinin qeyd etdiyi kimi, Pekinin Rusiyanın Ukrayna ərazisindəki xüsusi əməliyyatını pisləyən digər ölkələrə qoşulmaqdan imtina etməsidir.
Rus saytlarının yazdına görə, Stoltenberqin dediklərini təsdiqləyən digər faktlar arasında Stoltenberq Moskva ilə Pekin arasında həm iqtisadi, həm də hərbi sahədə davam edən ikitərəfli əməkdaşlığın adını çəkib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB