Rusiyaya qarşı sanksiyala müzakirə ediləcək

Rusiyaya qarşı sanksiyala müzakirə ediləcək

ABŞ Maliyyə Nazirliyinin nümayəndələri gələn həftə avropalı həmkarları ilə anti-Rusiya sanksiyalarını müzakirə edəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, mesajı departamentin mətbuat xidməti yayıb.

Bildirilir ki, Maliyyə Nazirliyi rəhbərinin iqtisadi siyasət üzrə köməkçisi Ben Harris yanvarın 8-dən 13-dək Latviya, Litva, Estoniya və Polşaya səfər edərək burada yerli rəsmilərlə görüşlər keçirəcək.

Bundan əlavə, terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətləri ilə mübarizə üzrə nazirin köməkçisi Elisabet Rosenberq Avropa İttifaqından olan həmkarları ilə görüşmək üçün yanvarın 8-dən 10-dək Brüsselə səfər edəcək.

Nazirlik bildirib ki, səfərlər zamanı Harris və Rozenberq “Rusiyaya qarşı iqtisadi tədbirlərlə bağlı müttəfiqlərlə koordinasiya” və digər əlaqəli məsələləri müzakirə etməyi planlaşdırır.

Digər mövzu isə Rusiya enerji daşıyıcıları üçün qiymətlərin məhdudlaşdırılmasıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə