Ukraynadakı münaqişə pilotsuz təyyarə istehsalını artırıb

Ukraynadakı münaqişə pilotsuz təyyarə istehsalını artırıb

2022-ci ildə müdafiə sənayesi ilə işləyən Avropa texnologiya şirkətləri Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra rekord məbləğdə maliyyə, o cümlədən özəl investorların investisiyaları cəlb edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” yazır.

Agentliyin məlumatına görə, ötən il aerokosmik və müdafiə sahəsinə investisiyalar 780 milyon avroya qədər bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Veilən məlumatlara görə, Qundbert Şerfin şirkəti müdafiə layihələri üçün, o cümlədən döyüş meydanına operativ nəzarət və real vaxt rejimində məlumatların təhlili üçün süni intellekt sistemləri hazırlayır.

“Bloomberg” qeyd edir ki, investorlar həm müdafiə, həm də sənayenin digər sahələrində istifadə oluna bilən ikili təyinatlı texnologiyalara, xüsusən də pilotsuz uçuş aparatlarına və insan iştirakı olmadan pilotsuz təyyarələrin yerləşdirilməsinə, buraxılmasına imkan verən stansiyalara xüsusi maraq göstərirlər.

Agentlik vurğulayır ki, bir çox yeni başlayan şirkətlər Avropada faiz dərəcələrinin yüksəlməsindən sonra investisiya çatışmazlığı ilə üzləşiblər, lakin bu, aerokosmik və müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərə təsir etməyib. Belə ki, onlar iqtisadi tənəzzül şəraitində belə investisiya cəlb etməyə davam ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə