Sərhədçilər işğalçıların komandirini məhv edərək, Baxmut yaxınlığındakı istiqamətlərdən birində düşmən piyadasının irəliləməsini dayandırdılar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Komandiri məhv edən snayper-sərhədçilər Baxmut yaxınlığında rusların hücumunu dayandırıblar”, - məlumatda deyilir.
Qeyd olunur ki, Baxmut yaxınlığındakı istiqamətlərdən birində rusların piyada bölməsi ukraynalı müdafiəçilərin qalasına hücum etməyi planlaşdırıb.
“Lakin Dövlət Sərhəd Xidmətinin snayperləri onlara imkan verməyiblər. Döyüşçülər dəqiq atılan atəşlərlə komandiri və pulemyotçunu məhv ediblər. Bölməyə nəzarəti itirən işğalçılar hücuma keçməkdən qorxaraq qaçıblar”.
Bunu da Dövlət Sərhəd Xidməti bildirib.
Qeyd edək ki, hazırda Baxmut istiqaməti cəbhənin ən isti və ən çətin istiqamətlərindən biridir. Belə ki, rus ordusu bu istiqamətdə hər gün hücum və hücum cəhdləri edir.
Yeri gəlmişkən, yanvarın 7-də Müharibə Araşdırmaları İnstitutu Kremennaya bölgəsində cəbhə sektorunun böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB