Üç türk ölkəsi Kambarata SES-1-in tikintisi planını imzalayıb

Üç türk ölkəsi Kambarata SES-1-in tikintisi planını imzalayıb

Qazaxıstan, Qırğızıstan və Özbəkistanın energetika idarələrinin rəhbərləri Kambarata SES-1-in tikintisi üzrə birgə iş planını imzalayıblar. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin saytında məlumat verilib.

“Yanvarın 6-da Bişkekdə Qazaxıstan Respublikasının energetika naziri Bolat Akçulakov, Qırğızıstanın energetika naziri Taalaibek Ibraev və Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamaxmudov arasında “Yol xəritəsi”nin həyata keçirilməsinə dair “Yol xəritəsi” imzalanıb.

Məlumatda bildirilir ki, yol xəritəsi çərçivəsində tərəflər layihənin həyata keçirilməsinin əsas şərtlərini razılaşdırıb və elektrik stansiyasının vaxtında istifadəyə verilməsi üçün addımları müəyyən ediblər.

“Kambarata SES-1 Qırğızıstanın ən böyük elektrik stansiyasına çevrilməlidir. O, Mərkəzi Asiya ölkələrini elektrik enerjisi ilə təmin etməklə yanaşı, regionun su təchizatını da stabilləşdirəcək”.

Bunu Qırğızıstan nazirliyindən bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə