Ən yaşlı amerikalı qadın 115 yaşında vəfat edib

Ən yaşlı amerikalı qadın 115 yaşında vəfat edib

Amerikanın ən yaşlı qadını Bessi Hendrix 115 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.

Geronotologiya Araşdırma Qrupunun məlumatına görə, Bessie Hendrix ABŞ-da yaşayan ən yaşlı, dünyada isə dördüncü insan idi. Hendrix 7 noyabr 1907-ci ildə Ayova ştatında anadan olub. Məlumata görə, beş uşağından ikisi ondan əvvəl dünyasını dəyişib. Onun üç övladı, doqquz nəvəsi, 28 nəticəsi və 42 kötücəsi qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə