Rusiya ordusunun Krım yaxınlığındakı toplaşma məntəqəsi məhv edilib

Rusiya ordusunun Krım yaxınlığındakı toplaşma məntəqəsi məhv edilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 5-də Rusiya qoşunlarının Xerson vilayətinin Qavrilovkada yerləşdirmə məntəqəsinin dağıdıldığını təsdiqləyib. SİA-nın “Ukrinform“a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

“100-ə qədər yaralı hərbçi yerli xəstəxanalara çatdırılıb. Məhv edilmiş rus hərbçiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir”, - Baş Qərargah vurğulayıb.

Bundan əlavə, gün ərzində Ukrayna aviasiyası Rusiya qoşunlarının cəmləşdiyi əraziyə zərbələr endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə