Avropadakı TTF qovşağında fevral fyuçerslərinin qiymətləri son ticarət günündə 4 faiz azalaraq min kubmetr üçün 750 dollardan bir qədər yuxarı səviyyədə möhkəmlənib.
SİA-nın əldə etdiyi məlumata görə, bu ICE birjasının məlumatlarında deyilir.
Günün əvvəlində fyuçerslərin qiyməti min kubmetr üçün 750 dollar səviyyəsində idi. Bütün gün ərzində ən aşağı göstərici 734 dollar, ən yüksək göstərici isə 846 dollar olub. Ticarətin bağlanışında Avropada qaz 4 faiz ucuzlaşaraq min kubmetri 757 dollara satılıb.
Qeyd edək ki, bundan əvvəl, yanvarın 5-də yanacağın qiyməti 16 ayda ilk dəfə olaraq 700 dollardan aşağı düşüb. Bu göstərici sonuncu dəfə 2021-ci il sentyabrın 10-da qeydə alınıb. Mütəxəssislər kəskin azalmanı Avropaya isti havaların gəlməsi və külək enerjisi istehsalının artması ilə əlaqələndirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB