Almaniya Müdafiə naziri Kristin Lambrext amerikalı həmkarı Lloyd Ostin ilə Ukraynaya gələcək hərbi yardımı müzakirə ediblər.
SİA bu barədə rus saytlarına istinad edir.
“Amerikalı müttəfiqlərimizlə birlikdə və yaxın koordinasiyada Ukraynanı dəstəkləmək üçün növbəti addımı atırıq”, - Almaniya Müdafiə Nazirliyinin rəhbəri deyib.
Onun sözlərinə görə, nazirlər Berlinin Kiyevi “Patriot” hava hücumundan müdafiə sistemləri (hava hücumundan müdafiə) və bir sıra döyüş sursatları ilə təchiz etməsi imkanlarını da müzakirə ediblər. Lambrext, Almaniya və ABŞ-ın Qərb tipli piyada döyüş maşınlarının da (IFV) Ukraynaya təhvil verilməsi ilə bağlı birgə təşəbbüsü müzakirə etdiklərini bildirib.
Yeri gəlmişkən bir müddət əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrinə verdiyi “Bradley” piyada döyüş maşınları ilə işləməyi tez öyrənəcəklərinə ümid etdiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB