Ukraynanın Dnepr şəhərində (keçmiş Dnepropetrovsk-A.B.) rus alimi Mixail Lomonosovun abidəsi sökülüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC Ukrayna KİV-nə istinadən xəbər verir.
Bildirilir ki, abidə postamentdən götürülüb və onlar onu kommunal xidmət göstərən müəssisələrdən birinin ərazisinə aparmağı planlaşdırırlar.
Qeyd edək ki, Lomonosovun abidəsi Dnepr şəhərində 1971-ci ilin iyununda qoyulmuşdu, Abidə şəhərin Dmitri Yavornitski prospektində yerləşirdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB