Hakerlər İranın Mərkəzi Bankına hücum ediblər

Hakerlər İranın Mərkəzi Bankına hücum ediblər

İranın rabitə nazirinin müavini Əmir Lacevərdinin bu gün verdiyi məlumata görə, bir gün əvvəl İran Mərkəzi Bankı, eləcə də İranın “Bale” və “Rubik” messencerləri hakerlərin hücumuna məruz qalıb.

Hakerlərin paylanmış xidmətdən imtina (DDoS) hücumundan istifadə etdiyi dəqiqləşdirilir. SİA-nın əldə etdiyi məlumata görə, Lacevərdinin, ölkəsində hakerlik fəaliyyətinin dayandırıldığını bildirdi.

Bununla bağlı İRNA nazir müavinindən sitat gətirib: “Son dövrlərdə xarici hücumların əksəriyyəti banklara və maliyyə institutlarına, internet provayderlərinə və rabitə infrastrukturlarına qarşı yönəlib”.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə