Çin səlahiyyətliləri, ölkədə son koronavirus epidemiyası zamanı COVID-19 peyvəndlərini paylaşmaq üçün ABŞ-ın təkrarlanan təkliflərini rədd edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” xəbər verir.
Xatırladaq ki, ABŞ-ın təklifləri yüksək səviyyəli diplomatlar, o cümlədən dövlət katibinin köməkçisi Daniel Kritenbrink və Milli Təhlükəsizlik Şurasının baş direktoru Laura Rosenberger tərəfindən dekabr ayında Çinə səfəri zamanı, həmçinin səhiyyə işçiləri və özəl vasitəçilər vasitəsilə edilmişdi.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning yanvarın 6-da ölkədə peyvənd və dərmanların “kafi” olduğunu bildirib və COVID-19 problemi ilə bağlı “dünya ictimaiyyəti” ilə əməkdaşlığı davam etdirəcəyinə söz verib.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı da Çinə xəstəliyin yeni kütləvi epidemiyasının qarşısını almaq üçün pulsuz vaksinlər təklif etmişdi.
Yeri gəlmişkən Çində koronavirusa yoluxma hallarında kəskin artım dekabrın əvvəlində, ölkənin karantin tədbirlərini yumşaltmaq qərarına gəlməsindən qısa müddət sonra başlayıb. Bundan əvvəl Çin hakimiyyətinin COVID-19 üçün qəbul etdiyi “sıfır dözümlülük” siyasətinə qarşı, bütün şəhərlər miqyasında sərt kilidləmələr və əhalinin universal sınaqdan keçirilməsinə qarşı geniş ictimai etirazlar baş verdi.
Onu da qeyd edək ki, Britaniyanın “Airfinity” analitik şirkətinin hesablamalarına görə, Çində hər gün təxminən 9 min insan koronavirus infeksiyasından ölür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB