ABŞ Türkiyənin adını dəyişdirdi?

ABŞ Türkiyənin adını dəyişdirdi?

ABŞ Dövlət Departamenti Ankaranın sorğusuna cavab olaraq rəsmi sənədlərdə Türkiyənin adının yazılışının Türkiyədən Türkeyə dəyişdirilməsinə razılıq verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Associated Press” ABŞ departamentinin nümayəndələrinə istinadən xəbər verir.

ABŞ Dövlət Departamenti qeyd edib ki, artıq yeni rəsmi sənədlərdə Türkiyə əvəzinə Türkey göstərilməyə başlayıb, amma amerikalıların dediyinə görə, guya tələffüz dəyişməyəcək.

“Türkiyə səfirliyi ABŞ hökumətindən mesajlarda Türkiyə adını istifadə etməyi xahiş edib. Biz buna uyğun olaraq əksər rəsmi, diplomatik və ikitərəfli kontekstlərdə, o cümlədən ictimai bəyanatlarda Türkiyəni göstərməyə başlayacağıq”.

Qeyd edək ki, bunu “Associated Press” departament nümayəndələrinin sözlərindən sitat gətirilib.

Maraqlıdır ki, Amerika nəşri bu addım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın sonunda baş tutmalı olan Vaşinqtona səfəri ərəfəsində atıldığını da xatırladıb. Qeyd edək ki, Ankaranın Rusiya-Ukrayna münaqişəsi, Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı mövqeyinin gündəmdə olacağı gözlənilir.

Və sonda xatırladaq ki, ABŞ Dövlət Departamentinin xarici dövlətlərin yazı üslubunu nadir hallarda dəyişdiyinə də diqqət çəkən “Associated Press” Vaşinqtonun hələ 1989-cu ildə adını dəyişib Myanma yazdığı Birmanı hələ də Birma adlandırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə