Qətl yerində qan izləri, eləcə də qanlı üst paltar tapılıb. Polis təfərrüatları araşdırır.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, İrəvanın Kanaker-Zeytun inzibati rayonunda baş verən dava nəticəsində bir nəfər ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.
Mənbənin sözlərinə görə, yaralıları yaxınlıqda növbətçilik edən patrul xidmətinin əməkdaşları görüb. Onlardan birini xidməti avtomobilləri ilə xəstəxanaya aparıblar, digər ikisini isə köməyə gələn təcili tibbi yardım briqadası aparıb. Xəstəxanaya yerləşdirilənlərdən biri daha sonra dünyasını dəyişib. Həkimlər digər ikisinin həyatı üçün mübarizə aparır.
Hadisə yerinə istintaq qrupu gəlib.
Faktla bağlı cinayət işi açılıb, hüquq-mühafizə orqanları ölənlərin və yaralıların kimliyini araşdırır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB