Haker qrupu ABŞ-ın üç nüvə tədqiqat mərkəzinə hücum edib?

Haker qrupu ABŞ-ın üç nüvə tədqiqat mərkəzinə hücum edib?

“Cold River”in hakerləri keçən ilin yayında ABŞ-ın üç nüvə tədqiqat laboratoriyasına hücum ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cümə günü “Reuters” agentliyi kibertəhlükəsizlik sahəsində ekspertlərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Federasiyası ilə əlaqəsi olduğu iddia edilən haker qrupu Aptonda (Nyu-York) Brukhaven Milli Laboratoriyasına, Çikaqo yaxınlığındakı Arqonna Milli Laboratoriyasına (İllinoys ştatı) və Kaliforniyada Ernest Lourens Livermor Milli Laboratoriyasına hücum edib. Bütün bu tədqiqat mərkəzləri ABŞ Energetika Nazirliyinin bir hissəsidir.

Agentlik əlavə edib ki, laboratoriyalara hücumun səbəbləri və onların uğurlu olub-olmaması barədə məlumatı yoxdur. Laboratoriyaların, ABŞ Energetika Nazirliyinin və ABŞ Milli Təhlükəsizlik Agentliyinin nümayəndələri mövzu ilə bağlı şərh verməkdən imtina ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə