“McDonald's”ın Qazaxıstan şəhərlərindəki lövhələri yığışdırılır

“McDonald's”ın Qazaxıstan şəhərlərindəki lövhələri yığışdırılır

Tədarük məhdudiyyətləri səbəbindən respublikada fəaliyyətini dayandırmaq qərarına gələn “McDonald's”ın Almatı və Qazaxıstanın digər şəhərlərindəki lövhələri yığışdırılır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC məlumat yayıb.

“Fəaliyyətin bərpası və yeni adla yeni fast food restoranlarının açılışı vaxtı yaxın vaxtlarda açıqlanacaq”, - deyə şirkətin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Qazaxıstandakı “McDonald's” restoranlar şəbəkəsini Food Solutions KZ idarə edirdi. Xatırladaq ki, respublikada ilk restoran 2016-cı ildə açılmışdı.

Qazaxıstanın altı şəhərində: Almatı, Astana, Atırau, Aktobe, Kostanay və Qaraqandada ümumilikdə 24 restoran açılmışdı.

Və 2022-ci ilin noyabrında Qazaxıstanda şəbəkənin bütün 24 restoranı “yerli təchizatda” məhdudiyyətlər səbəbindən işini dayandırdı. Dekabr ayında Qazaxıstanın Milli Sahibkarlar Palatası Atameken yerli istehsalçıların öz məhsullarını “McDonald's”a tədarük etməyə hazır olduqlarını açıqlayıb.

Lakin vəziyyətin elə də yaxşı olmadığı görünür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə