Cümə axşamı səhər saatlarında polisin məşhur narkobaron El Çaponun oğlunu həbs etməsindən sonra Meksikanın qərbindəki Kuliakan şəhərində iğtişaşlar başlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, atışma hətta yerli hava limanında da baş verib.
Qeyd edək ki, əməliyyatı Meksikanın müdafiə naziri Luis Cresensio Sandoval şərh edib.
El Çaponun oğlu Ovidio Quzman-Lopez atasının qurduğu Sinaloa narkotik kartelinin filialına rəhbərlik etməkdə ittiham olunub. Verilən məlumatlarda əməliyyata ABŞ-ın da kömək etdiyi deyilir. Hazırda Quzman-Lopesin ekstradisiya olunacağı gözlənilir.
Sinaloa qubernatoru Ruben Roça, iğtişaşlar zamanı yeddi hüquq-mühafizə orqanı əməkdaşı və yerli sakinlər də daxil olmaqla azı 10 nəfərin həlak olduğunu deyib. Narkotik kartelinin rəhbərinin tərəfdarları avtomobilləri yandıraraq, yanan maşınlardan barrikadalar qurub və həmçinin Ovidio Quzman-Lopesin Mexikoya daşınmasının qarşısını almaq üçün hava limanına hücum ediblər.
Bu arada “Aeromexico” aviaşirkəti cümə axşamı səhər atəş nəticəsində Mexikoya uçmağa hazırlaşan təyyarənin gövdəsinə bir neçə güllə dəydiyini bildirib. Amma sərnişinlər arasında xəsarət alanın olmadığı iddia edilir.
Yeri gəlmişkən, hələ 2019-cu ildə Meksika rəsmiləri artıq El Çaponun oğlunu həbs etmişdilər. Sonra şəhərdə baş verən böyük iğtişaşlardan sonra hakimiyyət qan tökülməsinin qarşısını almaq üçün onu buraxmaq qərarına gəlmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB