Havaydakı ''Kilauea'' vulkanı yenidən püskürüb

Havaydakı ''Kilauea'' vulkanı yenidən püskürüb

Amerika Birləşmiş Ştatlarının Havay adalarında yerləşən ''Kilauea'' vulkanı yenidən püskürüb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, ''Kilauea'' vulkanının zirvə kraterində partlayış baş verib.
Havay Vulkan Rəsədxanasının kamerası vulkanın zirvəsindəki Halemaumau kraterinin içərisində partlayışın başladığını göstərən görüntüləri qeydə alıb.
''Kilauea'' vulkanının zirvəsi Havay Vulkanları Milli Parkında yerləşir.
Partlayışın baş verdiyi bölgd yaşayış məntəqələri yoxdur.
Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 2021-ci ilin sentyabrından bu yana 16 dəfə püskürüb.
Qeyd edk ki, ''Kilauea'' vulkanı ilk dəfə 1983-cü ildə püskürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə