"Birgə regional qüvvələr müdafiə missiyasına hazırdır"?

"Birgə regional qüvvələr müdafiə missiyasına hazırdır"?

Belarus Müdafiə Nazirliyi Rusiya-Belarus birgə regional qüvvələrinin müdafiə missiyasına hazır olduğunu açıqlayıb.

Belarus müdafiə nazirinin müavini Andrey Juk bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun qəbul etdiyi qərara əsasən, oktyabrın sonundan birgə regional qüvvələrin hazırlanması və koordinasiyası həyata keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, hərbi birliklərin çoxlu təlimlər keçirdiyini bildirən Juk “Bu gün demək olar ki, regional hərbi birləşmələr Rusiya-Belarus İttifaqı dövlətini müdafiə etməyə hazırdır” deyib.

Müxtəlif birliklər səviyyəsində birgə regional hərbi birləşmələrin təkmilləşdirilməsi istiqamətində səylərin gələcəkdə də davam etdiriləcəyini qeyd edən Juk Belarus ərazisində birgə taktiki-uçuş təliminin keçiriləcəyini, Rusiya və Belarus ordusunun "Qalxan-2023" hərbi təlimini həyata keçirəcəyini bildirib.

Belarus prezidenti Lukaşenko birləşmiş regional hərbi hissələrin Rusiya əsgərlərinin yerləşdiyi Obuz-Lesnovski poliqonuna baş çəkib və qoşunların döyüş koordinasiyasının başa çatması barədə məruzə alıb.

Rusiya və Belarus oktyabrda iki ölkənin hərbi birləşmələrindən ibarət birgə regional güc yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə