Ukrayna Nazirlər Kabineti Rusiya hökuməti ilə 15P118M (“Satana”) raket kompleksinin istismar müddətinin uzadılmasına dair sazişə xitam verib. Müvafiq qərar cümə günü keçirilən iclasda qəbul edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.
“Ukrayna Nazirlər Kabineti ilə Rusiya Federasiyası hökuməti arasında 15P118M (“Satana”) raket sisteminin istismar müddətinin uzadılmasına dair sazişə xitam verilib”.
Qeyd edək ki, Melniçuk bunu Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, müqaviləyə “şəraitin əsaslı dəyişməsi” səbəbindən xitam verilib. Ukraynalı nümayəndə onu da əlavə edib ki, indi Ukraynanın “Yujnoye” konstruktor bürosunun Rusiya Federasiyasında istismarda olan 15P118M (“Satana”) strateji raketlərinə texniki xidmət göstərməsi qeyri-mümkün olub.
Xatırladaq ki, müqavilə 2006-cı il fevralın 21-də Moskvada imzalanıb. Sənəd raket sisteminin istifadə müddətinin uzadılması üzrə işlərin təşkili və aparılmasını nəzərdə tuturdu.
Belə görünür ki, buna daha çox ruslar təəssüflənir? Bəs onda niyə rus saytları “Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya və Belarusla, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir” yazırlar?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB