Türkiyə və ABŞ DEAŞ-a yardım edənlərin aktivlərini dondurdu

Türkiyə və ABŞ DEAŞ-a yardım edənlərin aktivlərini dondurdu

Türkiyə və Amerika Birləşmiş Ştatları (ABŞ) terror təşkilatı DEAŞ-a maliyyə yardımı etdiyi aşkarlanan 5 real və 2 hüquqi şəxsin aktivlərinin dondurulması barədə eyni vaxtda qərar verib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada DEAŞ-a bağlı bir şəbəkənin aktivlərinin dondurulduğu açıqlanıb.

DEAŞ terror təşkilatına maliyyə yardımı etdiyi aşkarlanan 5 real və 2 hüquqi şəxsin aktivlərinin Türkiyə və ABŞ tərəfindən eyni vaxtda dondurulmasına qərar verildiyi diqqətə çatdırılan açıqlamada Türkiyənin bu terror təşkilatının maliyyələşdirilməsinin qarşısını almaq üçün təsirli addımlar atmağa və bu mövzuda beynəlxalq ortaqları ilə əməkdaşlıq içində işləməyə davam edəcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə